AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rubio: İranın bərpasına investisiyalar yalnız təhlükəsizlik şərtləri yerinə yetirilərsə mümkün olacaq

  • + A
  • - A
  • Dünən, 23:24

    Rubio: İranın bərpasına investisiyalar yalnız təhlükəsizlik şərtləri yerinə yetirilərsə mümkün olacaq

    ABŞ dövlət katibi Marko Rubio münaqişədən sonra İran iqtisadiyyatının bərpasına yönələcək maliyyə dəstəyi üçün əsas şərtləri açıqlayıb. Onun sözlərinə görə, bu proses yalnız təhlükəsizliklə bağlı məsələlər həll edildikdən sonra başlaya bilər.

    Rubio vurğulayıb ki, ABŞ hökuməti İran iqtisadiyyatına birbaşa maliyyə ayırmağı planlaşdırmır. Söhbət dövlət vəsaitindən deyil, mümkün investisiya imkanlarından gedir.

    “Əgər onlar (İran hakimiyyəti) bu seçimi etsələr, əlverişli imkanlar yaranacaq. Bu imkanlara investisiyalar da daxil ola bilər. Regionun digər ölkələrinin birbaşa xarici investisiyalardan faydalandığı kimi, İran üçün də belə perspektivlər yarana bilər”, – deyə Rubio bildirib.

    ABŞ dövlət katibi əlavə edib ki, digər ölkələrin İran iqtisadiyyatına genişmiqyaslı cəlb olunması hələlik uzaq perspektiv kimi qiymətləndirilir.

    Xatırladaq ki, münaqişənin nizamlanmasına dair imzalanmış memorandumda İranın müharibədən sonrakı bərpası üçün 300 milyard dollarlıq investisiya fondunun yaradılması nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR