AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Türkiyəyə 700 milyon dollardan çox dəyərində reaktiv mühərriklərin satışına razılıq verməyə hazırlaşır

  • + A
  • - A
  • Dünən, 23:12

    ABŞ Türkiyəyə 700 milyon dollardan çox dəyərində reaktiv mühərriklərin satışına razılıq verməyə hazırlaşır

    ABŞ Prezidenti Donald Tramp administrasiyası Türkiyəyə onlarla reaktiv mühərrikin satışına icazə verməyi planlaşdırır. Reuters agentliyinin məlumatına görə, sövdələşmənin ümumi dəyəri 700 milyon ABŞ dollarını ötə bilər.

    Məlumata əsasən, Türkiyə ABŞ-ın General Electric şirkətinin istehsalı olan reaktiv mühərrikləri əldə edə bilər. Bu mühərriklərin 2016-cı ildən hazırlanması davam edən Türkiyənin ilk milli döyüş təyyarəsi KAAN-da quraşdırılması nəzərdə tutulur.

    Mənbələrdən birinin sözlərinə görə, mühərriklərin tədarükünün dəyəri 700 milyon dollardan artıq ola bilər.

    Bununla yanaşı, ABŞ Konqresinin bu sövdələşməyə etiraz etdiyi bildirilir. Məsələ xüsusilə iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammiti ərəfəsində mühüm əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR