AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Ankarada Ərdoğan, əş-Şaraa və Zelenski ilə görüşəcək

  • + A
  • - A
  • Bu gün, 09:26

    Tramp Ankarada Ərdoğan, əş-Şaraa və Zelenski ilə görüşəcək


    ABŞ Prezidenti Donald Tramp NATO sammitində iştirak etmək üçün çərşənbə axşamı Ankaraya səfər edəcək. Onun səfər proqramına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriya Prezidenti Əhməd əş-Şaraa və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər daxildir.

    Məlumata görə, Tramp iyulun 7-də günün ikinci yarısında Ankaraya çatacaq. Həmin gün o, Ərdoğanla rəsmi qarşılama mərasimində iştirak edəcək, fəxri qarovulu salamlayacaq və daha sonra dövlət başçıları arasında ikitərəfli danışıqlar keçiriləcək.

    İyulun 8-də isə ABŞ Prezidenti NATO liderlərinin rəsmi qarşılanma mərasimində, birgə foto çəkilişində və işçi iclasında iştirak edəcək. Həmin gün Trampın Əhməd əş-Şaraa və Volodimir Zelenski ilə ayrıca görüşləri də planlaşdırılıb.

    Səfərin sonunda Donald Tramp Ankaranı tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR