Deputatdan Sərdar Cəlaloğlunun Sahibə Qafarova ilə bağlı fikirlərinə etiraz

Milli Məclisin deputatı Azər Badamov Azərbaycan Demokrat Partiyasının sədri nun Milli Məclisin sədri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Deputat qeyd edib ki, Sərdar Cəlaloğlunun "TikTok" sosial şəbəkəsində Sahibə Qafarovanın ndə çalışmasını əsas gətirərək onu Rusiyanın maraqlarına xidmət etməkdə ittiham etməsi əsassızdır.
Azər Badamov bildirib ki, Slavyan Universitetini hansısa xarici dövlətin maraqlarını müdafiə edən mərkəz kimi təqdim etmək düzgün yanaşma deyil. Onun sözlərinə görə, həmin ali məktəbdə təhsil almış və çalışmış minlərlə insan bu gün Azərbaycanın müxtəlif sahələrində fəaliyyət göstərərək ölkənin milli maraqlarına xidmət edir.
Deputat vurğulayıb ki, xarici dilləri bilmək və bu istiqamətdə təhsil almaq heç vaxt başqa dövlətə bağlılıq göstəricisi hesab oluna bilməz. Əksinə, çoxdilli və peşəkar kadrların hazırlanması Azərbaycanın diplomatiyası, iqtisadiyyatı, təhsili və digər sahələrinin inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Azər Badamov həmçinin Sahibə Qafarovanın uzun illər dövlət idarəçiliyində və parlament fəaliyyətində Azərbaycana xidmət etdiyini qeyd edərək, onun rəhbərliyi dövründə Milli Məclisin parlament diplomatiyasının inkişafı və ölkənin milli maraqlarının beynəlxalq platformalarda müdafiəsi istiqamətində mühüm işlər görüldüyünü bildirib.
Deputat əlavə edib ki, parlament rəhbərliyinin fəaliyyətini tənqid etmək hər bir siyasi qüvvənin hüququdur. Lakin onun fikrincə, bu tənqid faktlara və hüquqi-siyasi arqumentlərə əsaslanmalı, sübutsuz ittihamlarla müşayiət olunmamalıdır.
Azər Badamov sonda vurğulayıb ki, iqtidarından və müxalifətindən asılı olmayaraq, bütün siyasi qüvvələrin əsas məqsədi Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və dövlət institutlarına məsuliyyətli münasibətin nümayiş etdirilməsi olmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.