Prince Harry jurnalistlərin telefon dinləmələri təşkil etdiyi iddiası ilə Daily Mail qəzetinə qarşı qaldırdığı 50 milyon funt sterlinqlik məhkəmə iddiasını uduzub.
High Court sübutların kifayət etmədiyini əsas gətirərək işi dayandırıb. Məhkəmə zamanı qəzet nümayəndələri Şahzadə Harri və həyat yoldaşı Meghan, Duchess of Sussex haqqında yayımlanan məlumatların telefonların sındırılması yolu ilə deyil, ailəyə yaxın mənbələrdən əldə olunduğunu sübut ediblər.
"Bu gün hakim Niklin "Daily Mail"i təqsirsiz hesab etdi və iddiaçıların irəli sürdüyü 97 ittihamın hamısını rədd etdi. Hər bir halda hakim jurnalistlərimizin məlumatları necə əldə etdiklərinə dair ifadələrini etibarlı saydı", – deyə nəşrin nümayəndəsi bildirib.
Şahzadə Harri mənəvi ziyana görə qəzetdən 50 milyon funt sterlinq təzminat tələb edirdi.
Qeyd edək ki, Harri və Meqan bu ilin may ayında evliliklərinin 8-ci ildönümünü qeyd ediblər. Həmçinin KİV-in məlumatına görə, cütlüyə Londondakı kral iqamətgahlarından birində qalmaq təklif olunsa da, əlavə mühafizə təmin edilmədiyi üçün onlar bu təklifə münasibət bildirməyiblər. Onların uşaqları ilə birlikdə Böyük Britaniyaya səfərinin 6–10 iyul tarixlərinə planlaşdırıldığı bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.