Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin 2026-cı ilin sonuna qədər ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.
Paşinyan jurnalistlərə bildirib ki, layihənin dəqiq təqdimat tarixini açıqlaya bilməsə də, ilin sonunadək dərc olunacağına söz verib.
Baş nazir qeyd edib ki, sənədin açıqlanması əvvəllər seçkilərin keçirilməsi və təşəbbüsün geniş ictimai müzakirəsi üçün əlavə vaxta ehtiyac yaranması səbəbindən təxirə salınmışdı.
Xatırladaq ki, 2026-cı ilin martında Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yeni Konstitusiya mətninin hazırlanmasının başa çatdığını bildirmişdi.
Paşinyan daha əvvəl də bəyan etmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar yer almamalıdır. Onun fikrincə, belə müddəalar regional sabitlik üçün risklər yarada bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.