ABŞ memorandumun demək olar ki, bütün müddəalarını pozub və İranda müxtəlif obyektlərə zərbələr endirməklə ağır hərbi cinayətlər törədib. Bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, müharibənin dayandırılmasını nəzərdə tutan memorandumun imzalanmasından cəmi 25 gün sonra Vaşinqton razılaşmanın əksər müddəalarını açıq şəkildə pozub.
İran XİN-in açıqlamasına görə, ABŞ nəqliyyat infrastrukturuna, balıqçı gəmilərinə, yük barjalarına, meteoroloji obyektlərə və digər tikililərə hücum etməklə ən ağır hərbi cinayətlərdən bəzilərini törədib.
Nazirlik həmçinin qeyd edib ki, ABŞ hücumları həyata keçirmək üçün Fars körfəzi regionundakı bir sıra ölkələrin ərazilərindən və hərbi obyektlərindən istifadə edir. Rəsmi Tehran vurğulayıb ki, İrana qarşı hücumların həyata keçirildiyi istənilən mənbə qanuni hərbi hədəf hesab olunur.
XİN region ölkələrini ABŞ-nin hərbi əməliyyatlarına hər hansı formada dəstək verməməyə çağırıb.
Xatırladaq ki, ABŞ-nin İrana zərbələri iyulun 8-nə keçən gecə yenidən başlayıb. İran ordusu isə cavab olaraq ABŞ-nin Yaxın Şərq və Fars körfəzi ölkələrində istifadə etdiyi hərbi bazalara zərbələr endirdiyini bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.