Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüAzərbaycanın müasir dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna yeri və rolu var. Ümummilli Liderin 14 iyul 1969-cu ildə Sovet İttifaqı dönəmində birinci dəfə respublika rəhbərliyinə gəldiyi tarix ölkəmizin həyatının bütün sahələrində dirçəliş və surətli inkişaf dövrü kimi yaddaşlarda qalmışdır.
Çağdaş Azərbaycanın bugünkü möhtəşəm nailiyyətlərinin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sadəcə bəzi faktlara müraciət edəndə tam aydın şəkildə məlum olur ki, böyük dövlət xadiminin rəhbərliyi zamanı inkişafımızın dönüş mərhələsi olmuşdur. Məsələn, aparılan təhlillər birmənalı olaraq göstərir ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilərdi və bunlardan biri məhz Azərbaycan idi.
Zəngin siyasi təcrübəyə malik olan Ulu Öndər müstəqillik dövründə də Vətənə əvəzolunmaz xidmətlər göstərmişdir.
Dövlət müstəqilliyinin bərpa oldunduğunun ilk illərində ölkə rəhbərliyinə yiyələnən AXC-Musavat hakimiyyətinin siyasi çəkişmələri, idarəetmə sahəsində səriştəsizliyi Azərbaycanda idarə olunmayan bir vəziyyət, vətəndaş qarşıdurması yaratmışdı. İstər daxili siyasətdə, istərsədə beynəlxalq arenada Azərbaycan ciddi uğursuzluqlara uğramışdı. Yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbə ilə Ümummilli Lider 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və Binə Hava Limanında böyük izdihamla qarşılandı. Mürəkkəb xilaskarlıq missiyası öz üzərinə alan Heydər Əliyev Azərbaycanı müvəffəqiyyətlə çətin vəziyyətdən çıxararaq, yeni müasir dövlətciliyimizin əsaslarını yaratdı, ölkənin uzunmüddətli sosial-iqtisadi startegiyasının əsasını qoydu, nizami ordunun yaradılması istiqamətində davamlı, ardıcıl addımlar atdı. Heydər Əliyevin ən böyük arzusunu – doğma torpaqlarımızın işğaladan azad olunmasını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev parlaq formada reallaşdıraraq, Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi.
Bu gün global və regional müstəvidə özünəməxsus yeri tutan, beynəlxalq miqyasda ciddi söz sahibi olan Azərbaycan Respublikasının uğurlarının təməlində milli dövlətciliyin Heydər Əliyev konsepsiyası durur və onun möhtəşəm formada inkişafı Prezident İlham Əliyev tərəfindən həyata keçirilərək, bütöv Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin və tərəqqinin təntənəsini təmin edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.