AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə husilərin Səudiyyə Ərəbistanına hücumunu pislədi

  • + A
  • - A
  • Bu gün, 08:39

    Türkiyə husilərin Səudiyyə Ərəbistanına hücumunu pislədi


    Türkiyə husilərin Səudiyyə Ərəbistanının cənubuna raket hücumunu kəskin şəkildə pisləyib.

    Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, bu cür hücumlar Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünü pozur, eyni zamanda regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradır.

    "Bu hücum fonunda Türkiyə Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu bir daha təsdiqləyir", – deyə bəyanatda vurğulanıb.

    Ankara Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.

    Xatırladaq ki, bundan əvvəl Yəməndəki husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Abha hava limanına raket hücumu həyata keçirmişdilər. Krallığın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin hücumu uğurla dəf etdiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR