İsrailin Baş naziri Benyamin Netanyahu bu həftənin sonunda ABŞ-a səfər edəcək.
Ynet portalının yüksəkvəzifəli israilli mənbəyə istinadən yaydığı məlumata görə, Netanyahu iyulun 18-də ABŞ-a yola düşəcək.
Məlumata əsasən, İsrail hökumətinin başçısı gələn həftə iyulun 11-də 71 yaşında vəfat edən ABŞ senatoru Lindsi Qremin dəfn mərasimində iştirak etməyi planlaşdırır.
Mənbə bildirib ki, hazırda Netanyahunun ABŞ Prezidenti Donald Trampla rəsmi görüşü proqramda nəzərdə tutulmayıb. Bununla belə, görüşün gələn həftənin əvvəlində baş tutacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.