AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaxarova: Rusiya Azərbaycanın "3+3" platforması ilə bağlı yanaşmasını dəstəkləyir

  • + A
  • - A
  • Bu gün, 20:44

    Zaxarova: Rusiya Azərbaycanın "3+3" platforması ilə bağlı yanaşmasını dəstəkləyir

    Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Vestnik Kavkaza"nın sorğusuna cavabında Cənubi Qafqaz üzrə "3+3" platformasının gündəliyindən danışıb. O bildirib ki, Moskva Azərbaycanın platformanın fəaliyyətinə dair iqtisadi əməkdaşlığa üstünlük verən və siyasətə alət edilməməsini nəzərdə tutan yanaşmasını bölüşür.

    Zaxarovanın sözlərinə görə, bu yanaşma 2026-cı il iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən "3+3" platformasının ekspert sessiyasında da ifadə olunub.

    "İkitərəfli münasibətlərin bu formatda müzakirəsi nəzərdə tutulmur. Bu platforma tamamilə başqa məqsədlərə xidmət edir", – deyə Rusiya XİN-in sözçüsü vurğulayıb.

    O xatırladıb ki, platformanın gündəliyi iştirakçı ölkələrin Xarici İşlər Nazirlikləri xətti ilə keçirilmiş üç görüş zamanı formalaşdırılıb. Bu görüşlər 2021-ci ildə Moskvada, 2023-cü ildə Tehranda və 2024-cü ildə İstanbulda baş tutub.

    Zaxarovanın sözlərinə görə, platforma çərçivəsində nəqliyyat, energetika, mədəniyyət, yeni çağırış və təhdidlərə qarşı mübarizə kimi çoxtərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunur.

    Rusiya XİN-in nümayəndəsi qeyd edib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin daxil olduğu "3+3" platforması 2021-ci ildə region problemlərinin məhz region dövlətləri və onların yaxın qonşuları tərəfindən həll olunması məqsədilə yaradılıb.

    "Azərbaycan Prezidentinin də vurğuladığı kimi, platformanın məqsədi regionda yaranan problemlərin məhz region ölkələri və onların ən yaxın qonşuları tərəfindən həll edilməsidir. Məhz onlar Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında ən çox maraqlı olan tərəflərdir", – deyə Zaxarova bildirib.

    O əlavə edib ki, Moskva Bakı ilə İrəvan arasında razılaşmadan sonra "3+3" platformasına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı ilə bağlı qərarın qəbul ediləcəyini gözləyir. Zaxarova xatırladıb ki, bununla bağlı razılıq 2024-cü ildə İstanbulda keçirilən iclasın yekununda əldə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR