AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Finlandiyalı siyasətçi: “Ukraynaya daha çox silah göndərilməsi yalnız dağıntıları artıracaq”

  • + A
  • - A
  • Bu gün, 22:04


    Finlandiyalı siyasətçi: “Ukraynaya daha çox silah göndərilməsi yalnız dağıntıları artıracaq”

    Finlandiyanın "Azadlıq Alyansı" Partiyasının üzvü Armando Mema Fransa və İsveçin yaxın illərdə Ukraynaya 200-dən çox qırıcı təyyarə vermək planını sərt tənqid edib.

    Siyasətçi X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Avropa gərginliyi azaltmaq əvəzinə onu görünməmiş həddə çatdırır.

    “Bu, strategiya deyil, açıq-aşkar axmaqlıqdır”, – deyə Mema vurğulayıb.

    Onun fikrincə, Ukraynaya nə qədər çox silah göndərilərsə, ölkəni bir o qədər böyük dağıntılar gözləyəcək.

    Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Fransadan silah sistemləri ilə birlikdə 16 ədəd Rafale qırıcı təyyarəsi alacağını açıqlamışdı.

    Xatırladaq ki, iyulun 13-də Parisdə keçirilən "İstəklilər Koalisiyası"nın sammitində Qərb müttəfiqləri Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini müzakirə ediblər. Bloomberg agentliyinin məlumatına görə, Avropa İttifaqı Ukraynaya müdafiə məqsədləri üçün ayrılmış 60 milyard avro vəsait hesabına Böyük Britaniyadan silah alınmasına icazə verməyi planlaşdırır.

    Koalisiyaya 30-dan çox ölkə daxildir və onlar gələcəkdə Ukraynada mümkün sülhməramlı missiyada iştirak ehtimalını istisna etmirlər. Kiyevə dəstəyin əsas təşəbbüskarları isə Fransa və Böyük Britaniya hesab olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR