ABŞ Silahlı Qüvvələri İrana qarşı yeni hava zərbələri endirməyə başlayıb. Məlumat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Bildirilib ki, yeni hücum dalğası ABŞ-ın şərq vaxtı ilə saat 14:00-da (Moskva vaxtı ilə 21:00) başlayıb və bu, ardıcıl beşinci gecə həyata keçirilən əməliyyatlardır.
CENTCOM-un açıqlamasında qeyd olunub ki, zərbələrin məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir.
Xatırladaq ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı bəyan etmişdi ki, ABŞ İran ərazisindəki obyektlərə hücum edəcəyi təqdirdə, Tehran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına cavab zərbələri endirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.