AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail mediasından diqqətçəkən iddia: Bakı etiraz etdi, Knesset səsverməni gündəliyə salmadı

  • + A
  • - A
  • Dünən, 12:27

    İsrail mediasından diqqətçəkən iddia: Bakı etiraz etdi, Knesset səsverməni gündəliyə salmadı

    İsrail parlamenti "erməni soyqırımı" ilə bağlı səsverməni gündəliyə çıxarmayıb.

    İsrailin “Haaretz” qəzeti israilli mənbəyə istinadən məlumatına görə, qərarın parlamentin gündəliyinə daxil edilməməsinə Azərbaycanın etirazı səbəb olub.

    Qəzet yazır ki, İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Baş nazir Aparatına etdiyi telefon zəngindən sonra xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə irəli sürülən səsverməni dayandırıb.

    Bildirilir ki, Knesset iyulun 17-də oktyabrın 27-nə təyin olunan parlament seçkiləri ərəfəsində tətilə çıxıb. “Haaretz” əlavə edir ki, İsrail hökuməti məsələni parlamentin gündəliyindən çıxardığını Azərbaycan tərəfinə də çatdırıb.

    Bununla yanaşı, İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saarın ofisi səsvermənin Benyamin Netanyahunun müdaxiləsi nəticəsində ləğv edildiyi barədə məlumatı təkzib edib.

    Nazirin ofisindən bildirilib ki, hökumətin qəbul etdiyi qərar yekdilliklə təsdiqlənib və dəyişdirilməyəcək.

    Qeyd edək ki, iyunun 28-də İsrail Nazirlər Kabineti XX əsrin əvvəllərində Osmanlı imperiyasında ermənilərin kütləvi qırğınını "soyqırımı" kimi tanıyan qətnaməni təsdiqləmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR