ABŞ İranın Hörmüz boğazına nəzarət etdiyi barədə səsləndirdiyi iddiaları rəsmən təkzib edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.
Qeyd olunub ki, beynəlxalq dəniz marşrutu kommersiya gəmiləri üçün açıq qalır və ABŞ hərbi qüvvələrinin dəstəyi ilə gəmilərin təhlükəsiz keçidi təmin edilir. Məlumata görə, may ayının əvvəlindən etibarən ABŞ qüvvələri Hörmüz boğazından 900-dən çox gəminin təhlükəsiz keçidinə yardım göstərib.
CENTCOM bəyan edib ki, "Fakt budur ki, İran Hörmüz boğazına nəzarət etmir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təhdid və hücumlarına baxmayaraq, beynəlxalq su yolu tranzit üçün açıq qalır."
Xatırladaq ki, daha əvvəl İranın hərbi rəhbərliyi Oman sahilləri yaxınlığından keçən Hörmüz boğazının cənub marşrutunun minalandığını iddia etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.