AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ vitse-prezidenti Cey Di Vens Netanyahu ilə fikir ayrılıqlarının olduğunu etiraf edib

  • + A
  • - A
  • Bu gün, 07:48

    ABŞ vitse-prezidenti Cey Di Vens Netanyahu ilə fikir ayrılıqlarının olduğunu etiraf edib

    ABŞ-ın vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahu ilə müəyyən məsələlərdə fikir ayrılıqlarının mövcud olduğunu açıqlayıb.

    Vens bu barədə Fox News telekanalına müsahibəsində danışıb. O bildirib ki, İsrail ABŞ-ın mühüm müttəfiqi və etibarlı tərəfdaşıdır, lakin bütün müttəfiqlərlə olduğu kimi, Vaşinqton və Təl-Əviv arasında da zaman-zaman baxış fərqləri yaranır.

    “İsrail gözəl tərəfdaşdır, ABŞ-ın müttəfiqidir. Lakin Fransa, Böyük Britaniya və ya ABŞ-ın digər müttəfiqləri ilə münasibətlərdə olduğu kimi, bəzən fikirlərimiz üst-üstə düşmür”, – deyə Cey Di Vens bildirib.

    Vitse-prezident vurğulayıb ki, onun əsas vəzifəsi ilk növbədə ABŞ-ın milli maraqlarını qorumaqdır. O qeyd edib ki, Vaşinqton və İsrailin maraqları üst-üstə düşəndə tərəflər ortaq məqsədlərə necə nail olmağı müzakirə edirlər. Mövqelər fərqli olduqda isə bu fikir ayrılıqları açıq və səmimi şəkildə müzakirə edilir.

    Cey Di Vens, həmçinin İranla bağlı vəziyyətə də toxunaraq, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istədiyini bildirib.

    “Mən buna tam əminliklə çalışıram. Ancaq bəzən bir addım irəli, iki addım geri atmaq, sonra isə üç addım irəli və bir addım geri getmək lazım gəlir”, – deyə ABŞ vitse-prezidenti qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR