AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan səfiri: İran və ABŞ arasında danışıqlar hazırda da davam edir

  • + A
  • - A
  • Bu gün, 19:24

    Pakistan səfiri: İran və ABŞ arasında danışıqlar hazırda da davam edir

    İran və ABŞ arasında danışıqların vasitəçilərin iştirakı ilə hazırda da davam etdiyi bildirilir. Danışıqların qapalı formatda aparıldığı qeyd olunur.

    İran və ABŞ demək olar ki, fasiləsiz şəkildə qapalı formatda danışıqlar aparır. Bunu Pakistanın Moskvadakı səfiri Faysal Niyaz Tirmizi bildirib.

    Onun sözlərinə görə, məsələnin nizamlanması ilə bağlı məsləhətləşmələr hazırda da davam edir və artıq müəyyən irəliləyiş əldə olunub.

    Lakin TASS-ın yazdığına görə, səfir İran və ABŞ nümayəndə heyətlərinin İslamabadda görüşüb-görüşmədiyi barədə suala münasibət bildirməyib.

    Tirmizi qeyd edib ki, “bu, ictimaiyyətə açıqlanmayan məlumatdır, lakin vasitəçilər bu istiqamətdə iş aparırlar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR