AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan: "Türkiyə sülh istəyir, amma hücuma məruz qalarsa müharibəyə hazırdır"

  • + A
  • - A
  • Bu gün, 12:46

    Ərdoğan: "Türkiyə sülh istəyir, amma hücuma məruz qalarsa müharibəyə hazırdır"


    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə münasibətlərin gərginləşməsini şərh edib.

    Türkiyə müharibə deyil, sülh istəyir, lakin hücuma məruz qalacağı təqdirdə cavab verməyə hazırdır. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etmək niyyətindədirsə, Ankara tərəddüd etmədən müharibəyə girəcək və bundan geri çəkilməyəcək.

    “Əgər kimsə Türkiyəyə hücum etmək istəyirsə, biz heç bir tərəddüd etmədən müharibəyə girəcəyik və ondan qaçmayacağıq”, – deyə Türkiyə prezidenti vurğulayıb.

    Ərdoğan bu fikirləri “tam aydınlıq və səmimiyyətlə” söylədiyini qeyd edib.

    Türkiyə lideri, həmçinin İsrail rəhbərliyinin müharibələrdən asılı vəziyyətə düşdüyünü bildirib.

    Xatırladaq ki, İsrailin keçmiş baş naziri Naftali Bennet bundan əvvəl İranın ardınca Türkiyənin İsrail üçün növbəti hədəf olduğunu iddia etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR