AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ və İsrailin müdaxiləsi Hörmüzlə bağlı danışıqları ləngidir - İddia

  • + A
  • - A
  • Bu gün, 13:24

    ABŞ və İsrailin müdaxiləsi Hörmüzlə bağlı danışıqları ləngidir - İddia

    İran Xarici İşlər Nazirliyi ABŞ və İsrailin müdaxiləsi səbəbindən Omanla Hörmüz boğazında təhlükəsiz gəmiçiliklə bağlı danışıqlar prosesinin əhəmiyyətli dərəcədə uzandığını açıqlayıb.

    İran XİN-in sözçüsü İsmayıl Bəqai mətbuat konfransında bildirib ki, Omanla dəniz gəmiçiliyi üzrə yol xəritəsinin hazırlanması təhlükəsizlik sahəsində yaranan çətinliklərə görə gecikir.

    Onun sözlərinə görə, bu çətinliklərə ABŞ və İsrailin fəaliyyəti, prosesdə çoxsaylı iştirakçıların olması və “dağıdıcı qüvvələrin təxribatları” daxildir.

    Xatırladaq ki, avqustun əvvəlində Tehran və Maskat kommersiya gəmilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə yeni marşrutun koordinatlarını razılaşdırıb. Lakin birgə təhlükəsizlik mexanizminin yaradılması Hörmüz boğazının dərhal açılacağı anlamına gəlmir. Gəmiçiliyin tam bərpası ABŞ-ın bundan sonra atacağı addımlardan birbaşa asılıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR