Ermənistan və Hindistan müdafiə sahəsində əlaqələrin inkişafını müzakirə edib. Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərinə toxunublar.
Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvanda rəsmi səfərdə olan Hindistanın müdafiə naziri Racşe Kumar Sinqhlə danışıqlar aparıb.
Papikyan iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.
Görüşdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, o cümlədən hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazirlərin diqqət mərkəzində regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də olub.
Qeyd edək ki, Hindistan Ermənistanın hərbi sahədə əsas tərəfdaşlarından biridir. İrəvan və Nyu-Dehli arasında 155 mm-lik ATAGS haubitsalarının, həmçinin Akash raket komplekslərinin tədarükü ilə bağlı müqavilələr imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.