Türkiyə İsrail ordusunun Suriyanın İdlib vilayətində yerləşən Əbu-Duhur hərbi aviabazasına endirdiyi hava zərbələrini qətiyyətlə pisləyib.
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin bu addımlarını məsuliyyətsiz adlandıraraq beynəlxalq ictimaiyyəti hərbi eskalasiyanın qarşısının alınması üçün tədbir görməyə çağırıb.
Nazirlik bildirib ki, İsrailin Suriyaya qarşı hücumları ölkənin ərazi bütövlüyünü və birliyini sarsıtmağa yönəlib.
Ankara hesab edir ki, bu hücumlar beynəlxalq hüququn pozulmasıdır və onların təşkilatçıları məsuliyyətə cəlb edilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.