AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş CIA analitiki: Rusiyanın Ukraynaya təzyiqi “nüvə partlayışı” miqyasındadır

  • + A
  • - A
  • Bu gün, 10:21

    Keçmiş CIA analitiki: Rusiyanın Ukraynaya təzyiqi “nüvə partlayışı” miqyasındadır


    Keçmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) analitiki Larri Conson Rusiyanın Ukraynaya qarşı iqtisadi və hərbi təzyiqi əhəmiyyətli dərəcədə artırdığını bildirib.

    Consonun sözlərinə görə, Rusiyanın Odessa və Nikolayev istiqamətində təzyiqi Ukraynanın Qara dənizə və xaricdən idxala çıxış imkanlarını məhdudlaşdırıb. O, bunun Moskvanın Kiyevə qarşı iqtisadi təzyiqinin gücləndirilməsi anlamına gəldiyini deyib.

    Ekspert Rusiyanın raket zərbələri ilə yanaşı, cəbhə boyu Ukrayna bölmələrinə hücumların intensivləşdiyini qeyd edib. Onun fikrincə, bu təzyiqin miqyası artıq adi hərbi əməliyyatlarla müqayisə edilə bilməz.

    Conson Rusiyanın gələcəkdə daha çox resurs səfərbər edərək təzyiqi artıracağını ehtimal edib. O, mövcud vəziyyətin Ukrayna rəhbərliyini paytaxtın Kiyevdən Lvova köçürülməsi barədə düşünməyə məcbur edə biləcəyini də irəli sürüb.

    Qeyd edək ki, daha əvvəl britaniyalı hərbi ekspert Maykl Klark Rusiyanın Ukraynanın zəif tərəflərini müəyyənləşdirdiyini və bundan hərbi əməliyyatlarda istifadə etdiyini bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR