AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan hökuməti “20 min rusiyalı Gürcüstana daxil olub” xəbərini təkzib etdi

  • + A
  • - A
  • Bu gün, 19:26

    Gürcüstan hökuməti “20 min rusiyalı Gürcüstana daxil olub” xəbərini təkzib etdi

    Gürcüstan hakimiyyəti ötən sutka ərzində “Yuxarı Lars” keçid məntəqəsindən ölkəyə 20 min Rusiya vətəndaşının daxil olması barədə mediada yayılan məlumatları təkzib edib.

    Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində “Yuxarı Lars” gömrük-keçid məntəqəsi vasitəsilə müxtəlif ölkələrin 7 880 vətəndaşı Gürcüstanın dövlət sərhədini keçib.

    Eyni müddətdə 8 406 xarici ölkə vətəndaşı “Yuxarı Lars” vasitəsilə Gürcüstandan digər ölkələrə çıxıb.

    Nazirlik ictimaiyyəti yoxlanılmamış və təhrif olunmuş məlumatları yaymamağa çağırıb.

    Qeyd edək ki, bundan əvvəl də avqustun 15-16-da “Yuxarı Lars” keçid məntəqəsindən hər gün 19 mindən çox şəxsin keçdiyi barədə məlumatlar yayılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR