AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Banqladeş Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın müdafiə sazişinə qoşula bilər

  • + A
  • - A
  • Bu gün, 17:01

    Banqladeş Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın müdafiə sazişinə qoşula bilər


    Banqladeş Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında bağlanan “Məkkə sazişi”nə qoşula bilər.

    Banqladeş hökuməti rəhbərinin müşaviri Məhəmməd Kabir bildirib ki, Dəkkə müdafiə və ya iqtisadi ittifaqda iştirak imkanını nəzərdən keçirir.

    “Banqladeş birinci növbədə ölkə” siyasətinə sadiqdir və milli maraqları, eləcə də dəyişən beynəlxalq vəziyyəti nəzərə alaraq iqtisadi və ya müdafiə ittifaqında iştirak imkanını nəzərdən keçirməyə hazırdır”, – deyə Kabir bildirib.

    Onun sözlərinə görə, beynəlxalq birliklərə qoşulmaq məsələsində əsas amillər ölkənin iqtisadi maraqları və təhlükəsizliyi olacaq.

    Banqladeşin sazişə qoşulması əməkdaşlıq formatının iqtisadi və strateji sahələri də əhatə etməklə genişlənməsinə səbəb ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR