AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan–Özbəkistan münasibətləri yeni tarixi mərhələyə qədəm qoyur

  • + A
  • - A
  • Bu gün, 17:36

    Azərbaycan–Özbəkistan münasibətləri yeni tarixi mərhələyə qədəm qoyur


    23 avqust 2026-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”. Bu, iki qardaş ölkə arasında münasibətlərin möhkəmliyini və strateji xarakterini bir daha təsdiqləyir.

    Bu sənəd siyasi iradənin, qarşılıqlı etimadın, həmrəyliyin və gələcəyə hesablanmış tərəfdaşlığın ifadəsidir. Müqavilə ticarət, investisiya, energetika, nəqliyyat, logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır.

    Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi Azərbaycan ilə Özbəkistanı təkcə ikitərəfli münasibətlər müstəvisində deyil, daha geniş regional əməkdaşlıq platformasında birləşdirən mühüm amildir.

    Ən əsası isə bu Müqavilə iki xalqın ortaq tarixi, mənəvi dəyərləri və qardaşlığı üzərində qurulan münasibətlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

    Azərbaycan-Özbəkistan qardaşlığı artıq yalnız bu günün deyil, gələcəyin də strateji tərəfdaşlığıdır. Əbədi dostluq haqqında Müqavilə bu münasibətlərin sarsılmazlığının mühüm siyasi-hüquqi ifadəsidir.

    #Azərbaycan #Özbəkistan #ƏbədiDostluq #Qardaşlıq #StratejiTərəfdaşlıq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR