Azərbaycan–Özbəkistan münasibətləri strateji müttəfiqlik mərhələsinə

Bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında səsləndirib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bu münasibətlərin möhkəm təməlini və gələcək imkanlarını aydın şəkildə ortaya qoyur. “Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir. Son illərdə həyata keçirilən ardıcıl siyasət nəticəsində qardaşlıq münasibətləri dövlətlərarası müttəfiqliyin konkret mexanizmləri ilə tamamlanıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış sənədlər, xüsusilə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrin hüquqi-siyasi bazasını möhkəmləndirib. Ali Dövlətlərarası Şuranın fəaliyyəti də bu prosesin institusional dayağına çevrilib.”
Millət vəkili bildirib ki, ölkələrimiz arasında əlaqələr ayrı-ayrı təşəbbüslərdən ibarət deyil və uzunmüddətli strateji baxış əsasında inkişaf edən sistemli tərəfdaşlıq münasibətlərinə əsaslanır: “2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artması münasibətlərin real iqtisadi məzmununu nümayiş etdirir. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, birgə sənaye layihələri, avtomobil istehsalı, energetika və nəqliyyat sahəsində əməkdaşlıq qarşılıqlı iqtisadi imkanların səfərbər edilməsinə xidmət edir. Münasibətlərin dərinliyi iqtisadi göstəricilərlə məhdudlaşmır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.