AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ İranla bağlı ikinci dərəcəli sanksiyaların tətbiq ediləcəyi sahələri açıqladı

  • + A
  • - A
  • Bu gün, 23:20

    ABŞ İranla bağlı ikinci dərəcəli sanksiyaların tətbiq ediləcəyi sahələri açıqladı


    ABŞ Maliyyə Nazirliyi İranla iqtisadi əlaqələr saxlayan ölkə və şirkətlərə qarşı tətbiqi nəzərdə tutulan ikinci dərəcəli sanksiyaların əhatə edə biləcəyi əsas sektorları açıqlayıb.

    Nazirliyin məlumatına görə, Vaşinqton İranla əlaqəli fəaliyyətlərin siyahısını genişləndirərək, gələcəkdə daha çox sahəni ikinci dərəcəli sanksiyaların hədəfinə çevirə bilər. Bu mexanizm İranı dəstəkləyən və onunla iqtisadi əməkdaşlığı davam etdirən xarici tərəflərə təzyiqi artırmağa imkan verəcək.

    ABŞ-ın diqqət yetirəcəyi əsas istiqamətlər arasında rəqəmsal aktivlər, qızıl, texnologiya, aviasiya və gəmiçilik sektorları göstərilir. Vaşinqton bununla İranın xarici maliyyə mənbələrinə və beynəlxalq ticarət kanallarına çıxışını məhdudlaşdırmağı hədəfləyir.

    Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İranla bağlı sanksiya siyahısına 48 hüquqi və 24 fiziki şəxsi, həmçinin 6 neft tankerini əlavə edib.

    Qeyd edək ki, ABŞ son aylarda İranın neft ixracı, kölgə bankçılığı, gəmiçilik və silah tədarükü şəbəkələrinə qarşı sanksiyaları əhəmiyyətli dərəcədə genişləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR