AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxardı

  • + A
  • - A
  • Bu gün, 23:22

    ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxardı


    ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından rəsmi olaraq çıxarıb. Qərar avqustun 24-də ABŞ Dövlət Departamenti tərəfindən açıqlanıb və bununla Suriyanın siyahıda təxminən 47 il davam edən statusuna son qoyulub.

    ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu addım Prezident Donald Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı vədinin icrası çərçivəsində atılıb. Suriyanın siyahıdan çıxarılması ölkəyə qarşı xarici yardım, müdafiə məhsullarının ixracı və müəyyən maliyyə əməliyyatları sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.

    ABŞ Suriyanı 1979-cu ildə radikal qruplaşmalara dəstək verdiyi iddiası ilə terrorizmi dəstəkləyən dövlətlər siyahısına daxil etmişdi.

    Vaşinqton bununla yanaşı, “Əl-Nüsrə cəbhəsi”nin – “Heyət Təhrir əş-Şam” kimi də tanınır – xüsusi qlobal terrorçu təşkilat statusunu da ləğv edib.

    Qərar ABŞ-ın Dəməşqlə münasibətlərində və Suriyanın beynəlxalq iqtisadi sistemə reinteqrasiyası istiqamətində siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR