AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında təxribat törədilib

  • + A
  • - A
  • Bu gün, 16:22

    Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısında təxribat törədilib

    Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında təxribat xarakterli hadisə baş verib.
    27 avqust tarixində günorta saatlarında naməlum şəxslər tərəfindən qonaq evinin qarşısında Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib.
    Azərbaycan tərəfi hadisəni qətiyyətlə pisləyib. Səfirliyin yaydığı açıqlamada bildirilib ki, bu qəbuledilməz təxribat Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət edə bilər. Həmçinin insidentin son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olması da istisna edilməyib.
    Azərbaycan tərəfi Rusiya Federasiyasının aidiyyəti qurumlarını hadisəyə hüquqi qiymət verməyə, insidenti hərtərəfli araşdırmağa və bu cür təxribatların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.
    Açıqlamada Rusiyanın 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə də diqqət çəkilib. Azərbaycan tərəfi Rusiya dövlətinin səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyini lazımi səviyyədə təmin etməsini, həmçinin diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək təxribatçı hərəkətlərin qarşısının alınmasını gözlədiyini bildirib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR