AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev Maya Sandunu Moldova Milli Günü münasibətilə təbrik edib

  • + A
  • - A
  • Bu gün, 17:08

    İlham Əliyev Maya Sandunu Moldova Milli Günü münasibətilə təbrik edib


    Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Maya Sanduya ölkənin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.


    Dövlət başçısı təbrikində Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. İlham Əliyev Moldova xalqına isə rifah və firavanlıq diləyib.

    Prezident iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb və Azərbaycan-Moldova əlaqələrinin bundan sonra da daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

    Qeyd edək ki, Moldova 27 avqust tarixində Müstəqillik Gününü qeyd edir. Bu münasibətlə ölkədə müxtəlif tədbirlər keçirilir.

    Azərbaycan və Moldova arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı əlaqələr davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR