AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədən Yunanıstana Rodosa görə sərt xəbərdarlıq: “Hüquq və maraqlarımızı qoruyacağıq”

  • + A
  • - A
  • Bu gün, 18:48

    Türkiyədən Yunanıstana Rodosa görə sərt xəbərdarlıq: “Hüquq və maraqlarımızı qoruyacağıq”

    Türkiyə Yunanıstanın Rodos adasında pilotsuz uçuş aparatları (PUA) bazası yaratmaq cəhdinə qarşı çıxıb.

    Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Ankaranın fikrincə, Rodosda belə bir baza yaradılması adanın beynəlxalq statusuna ziddir və regionda mehriban qonşuluq prinsiplərinə xələl gətirə bilər.

    Nazirlik vurğulayıb ki, Türkiyə Yunanıstanın demilitarizasiya edilmiş adalarının statusunu tənzimləyən qüvvədə olan beynəlxalq müqavilələrə əsaslanaraq regiondakı hüquq və maraqlarını müdafiə etməyə davam edəcək.

    Ankara eyni zamanda Afinanın Karpatos adasından “Patriot” zenit-raket komplekslərini Krit adasına köçürmək qərarını müsbət addım kimi qiymətləndirib. Türkiyə bu qərarı “yanlış praktikadan uzaqlaşma istiqamətində müsbət addım” adlandırıb.

    Rodos məsələsi Türkiyə ilə Yunanıstan arasında Egey dənizi və Şərqi Aralıq dənizində hərbi mövcudluq və adaların statusu ilə bağlı uzunmüddətli fikir ayrılıqlarının növbəti mövzusuna çevrilib.

    Ankaranın son açıqlaması göstərir ki, Türkiyə Şərqi Aralıq dənizində təhlükəsizlik və hərbi balans məsələlərində Yunanıstanın atdığı addımları yaxından izləyir və öz maraqlarını qorumaqda israrlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR