AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Retkliffin Moskva səfərinin səbəbini açıqladı: “Adi işgüzar görüş keçirib”

  • + A
  • - A
  • Dünən, 22:47

    Tramp Retkliffin Moskva səfərinin səbəbini açıqladı: “Adi işgüzar görüş keçirib”

    ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərinin məqsədini açıqlayıb. Onun sözlərinə görə, Retkliff Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkinlə adi işgüzar görüş keçirib.

    Tramp avqustun 27-də bildirib ki, MKİ rəhbəri rusiyalı həmkarı ilə işgüzar təmaslar aparmaq üçün Moskvaya gedib.

    ABŞ lideri vurğulayıb ki, Retkliff Rusiya tərəfinə hər hansı xüsusi mesaj çatdırmayıb.

    “Retkliff rusiyalı həmkarı ilə (SVR direktoru Sergey Narışkin – red.) altı ayda və ya ildə bir dəfə görüşür. Onların münasibətləri çox yaxşıdır. Heç bir mesaj çatdırılmayıb və bunda qeyri-adi heç nə yoxdur”, – deyə Tramp bildirib.

    Rusiya SVR rəhbəri Sergey Narışkin də avqustun 27-də Retkliff ilə görüşünü təsdiqləyərək danışıqların “işgüzar formatda” keçirildiyini və tərəflərin xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid məsələləri müzakirə etdiyini bildirib.

    Qeyd edək ki, Con Retkliff avqustun 25-də əvvəlcədən elan olunmamış səfərlə Moskvaya gedib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR