AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XİN-dən BalIıqaya qətliamı ilə bağlı çağırış: “Təqsirkarlar ədalət qarşısında cavab verməlidir”

  • + A
  • - A
  • Bu gün, 12:18

    XİN-dən BalIıqaya qətliamı ilə bağlı çağırış: “Təqsirkarlar ədalət qarşısında cavab verməlidir”

    BalIıqaya faciəsindən 34 il ötür: XİN təqsirkarların məhkəmə qarşısına çıxarılmasını tələb etdi
    Azərbaycan Xarici İşlər Nazirliyi Goranboy rayonunun Ballıqaya kəndində 34 il əvvəl törədilmiş qətliamla bağlı bəyanat yayıb.
    XİN bildirib ki, Ballıqayada həlak olan günahsız insanların xatirəsi ehtiramla yad edilir və insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi qiymət verilməsi, günahkarların isə ədalət qarşısında cavab verməsi vacibdir.
    Faciə 28 avqust 1992-ci ildə səhər saatlarında baş verib. Azərbaycan tərəfinin məlumatına görə, erməni silahlı qüvvələrinin Ballıqaya kəndinə hücumu zamanı 24 azərbaycanlı dinc sakin, o cümlədən 6 uşaq və 93 yaşlı qadın amansızlıqla qətlə yetirilib. Öldürülənlərdən bəzilərinin meyitlərinin yandırıldığı bildirilir.
    Qətliam nəticəsində üç azyaşlı uşaq valideynlərini itirərək tamamilə yetim qalıb.
    Azərbaycan XİN vurğulayıb ki, bu kimi cinayətlərin hüquqi qiymətləndirilməsi və təqsirkarların məsuliyyətə cəlb olunması ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR