AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİİ rəsmisi: Ukrayna Aİ müdafiə nazirlərinin görüşündən sonra “Patriot” raketləri gözləməməlidir

  • + A
  • - A
  • Bu gün, 11:29

    Aİİ rəsmisi: Ukrayna Aİ müdafiə nazirlərinin görüşündən sonra “Patriot” raketləri gözləməməlidir


    Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Kiyev Aİ ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket tədarükü ilə bağlı konkret qərar gözləməməlidir.

    Kallasın sözlərinə görə, İrlandiyada keçirilən görüş qeyri-rəsmi xarakter daşıyır və bu səbəbdən toplantıda konkret qərarlar qəbul edilmir.

    Bununla belə, Aİ nümayəndəsi bildirib ki, Ukraynanın HHM imkanlarının gücləndirilməsi məsələsi sentyabrın 1-2-də Aİ ölkələrinin müdafiə və xarici işlər nazirlərinin görüşlərində müzakirə olunacaq. Görüşlərdə Ukrayna, Böyük Britaniya, Norveç, İslandiya və İsveçrədən nümayəndələrin də iştirakı gözlənilir.

    Bundan əvvəl Bloomberg Aİ və NATO ölkələrinin İspaniya və Yunanıstana təzyiq göstərərək onları Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verməyə inandırmağa çalışdığını yazmışdı.

    Nəşrin məlumatına görə, Yunanıstan “Patriot” raketlərini özünümüdafiə ehtiyacları üçün saxlamaq niyyətindədir. Buna səbəb ölkənin Türkiyə ilə uzunmüddətli rəqabəti göstərilir.

    Eyni zamanda, Aİ ölkələri Ukraynaya 90 milyard avroluq kredit hesabına “Patriot” raketləri almağa icazə verilib-verilməməsini müzakirə edirlər. Fransa və İtaliya isə vəsaitin “SAMP/T” hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldilməsini istəyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR