AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin: Rusiya Uzaq Şərq və Arktikadakı əraziləri inkişaf etdirməlidir

  • + A
  • - A
  • Bu gün, 20:12

    Putin: Rusiya Uzaq Şərq və Arktikadakı əraziləri inkişaf etdirməlidir


    Rusiya təkcə Uzaq Şərq və Arktikadakı geniş ərazilərini qorumaqla kifayətlənməməli, həmin bölgələrin inkişafını və möhkəmləndirilməsini təmin etməlidir.

    Bunu Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq Federal Dairəsinin inkişafı ilə bağlı keçirilən müşavirədə çıxışı zamanı bildirib.

    Putin qeyd edib ki, əsas məqsədlərdən biri regionda iqtisadi artım tempini artırmaq və əhalinin azalmasının qarşısını almaqdır.

    “Biz əvvəldən bu işi başladığımız zaman burada iştirak edən bir çox şəxslə məhz bundan danışırdıq – artım tempini təmin etmək, regionda əhalinin azalmasının qarşısını almaq lazımdır. Məqsəd təkcə Rusiyanın bu nəhəng ərazilərini qorumaq deyil, həm də onları inkişaf etdirmək, möhkəmləndirmək və bütövlükdə Rusiyanın inkişafı üçün etibarlı və perspektivli vasitəyə çevirməkdir”, – Putin bildirib.

    Rusiya liderinin sözlərinə görə, Uzaq Şərq və Arktikanın inkişafı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafında mühüm rol oynaya bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR