AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uçitkoff və BƏƏ rəsmisi Sardiniyada gizli görüş keçirib – gündəmdə İran var

  • + A
  • - A
  • Bu gün, 09:33

    Uçitkoff və BƏƏ rəsmisi Sardiniyada gizli görüş keçirib – gündəmdə İran var


    ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uçitkoffla Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik üzrə müşaviri, şeyx Tahnun bin Zayed Al Nəhyan İranla bağlı məsələləri müzakirə etmək üçün İtaliyanın Sardiniya adasında gizli görüş keçirib.

    “Axios” portalının mənbələrə istinadən yaydığı məlumata görə, görüş zamanı ABŞ və BƏƏ-nin İranla bağlı bundan sonrakı addımları müzakirə olunub.

    Gizli məsləhətləşmələr Əbu-Dabinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında BƏƏ-nin milli neft şirkətinə məxsus tankerlərə hücumlarından sonra Tehranla ticarət və maliyyə əməliyyatlarını tamamilə dayandırmaq qərarından sonra baş tutub.

    Bundan əlavə, BƏƏ rəhbərliyi İran tərəfinin Vaşinqtonla əməkdaşlığın dərhal dayandırılması ilə bağlı tələblərini rədd edib.

    Qeyd edək ki, BƏƏ uzun illər İranın əsas iqtisadi tərəfdaşlarından biri olub. 2024-cü ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 28 milyard dollar təşkil edib. Bunun 21 milyard dolları BƏƏ-dən İrana ixracın, 7 milyard dolları isə İranın BƏƏ-yə ixracının payına düşüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR