Gürcüstanda yetkinlik yaşına çatmayanların elektrik skuterlərindən istifadəsinə yeni məhdudiyyətlərin tətbiqi planlaşdırılır.
Yerli KİV-in məlumatına görə, bununla bağlı qanun layihəsinin parlamentin bu sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur. Təklif edilən dəyişikliklərin konkret olaraq nələri əhatə edəcəyi hələ açıqlanmayıb.
Məlum olan əsas detal isə dəyişikliklərin “Yol hərəkəti haqqında” qanuna ediləcəyidir.
Qanun layihəsinin müəllifləri bildiriblər ki, ikitəkərli elektrik skuterlərindən istifadənin geniş yayılması onların təhlükəsiz istismarı və yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı bir sıra problemləri üzə çıxarıb.
Xüsusilə uşaqların və yeniyetmələrin elektrik skuterlərindən istifadəsi məsələsinin xüsusi diqqət tələb etdiyi vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.