AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova ABŞ-də işgüzar səfərdədir – parlamentlərarası əlaqələr müzakirə olunacaq

  • + A
  • - A
  • Bu gün, 10:54

    Sahibə Qafarova ABŞ-də işgüzar səfərdədir – parlamentlərarası əlaqələr müzakirə olunacaq

    Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfər edib.

    Səfər çərçivəsində Azərbaycan–ABŞ münasibətlərinin inkişafında parlament diplomatiyasının rolu, iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması planlaşdırılır.

    ABŞ Konqresinin üzvləri ilə keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri ilə yanaşı, Cənubi Qafqazda baş verən proseslər, regional təhlükəsizlik, sülh gündəliyi, nəqliyyat-kommunikasiya əlaqələri və enerji əməkdaşlığı məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.

    Səfər Azərbaycan tərəfinin mövqeyinin ABŞ qanunvericiləri ilə birbaşa dialoq formatında təqdim edilməsi və parlamentlərarası əlaqələrin yeni əməkdaşlıq istiqamətləri üzrə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

    Görüşlərin nəticələrinin iki ölkənin parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsinə və qarşılıqlı təmasların davamlı şəkildə həyata keçirilməsinə şərait yaradacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR