AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsi müvəqqəti olaraq müavininə həvalə edilib

  • + A
  • - A
  • Bu gün, 13:38

    Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsi müvəqqəti olaraq müavininə həvalə edilib

    Azərbaycan İnvestisiya Holdinqində (AİH) kadr dəyişikliyi baş verib.

    Holdinqin Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub.

    Müvafiq qərar Baş nazir, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən İdarə Heyətinin sədrinin təqdimatı əsasında qəbul edilib.

    Qərara uyğun olaraq, Baş icraçı direktorun vəzifələrinin icrası müvəqqəti olaraq direktor müavini Dəyanət Sədullayevə həvalə olunub.

    Həmçinin qərardan irəli gələn məsələlərlə bağlı Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR