2026-cı il Nobel laureatlarının elan proqramı açıqlanıb

2026-cı il Nobel mükafatları üzrə qaliblərin elan ediləcəyi tarixlər açıqlanıb.
Laureatların adları oktyabrın 5-dən başlayaraq müxtəlif sahələr üzrə elan ediləcək.
Proqrama əsasən, fiziologiya və ya tibb üzrə mükafatın qalibi oktyabrın 5-də, fizika üzrə oktyabrın 6-da, kimya üzrə oktyabrın 7-də, ədəbiyyat üzrə oktyabrın 8-də müəyyənləşəcək. Nobel Sülh Mükafatının laureatının adı isə oktyabrın 9-da açıqlanacaq.
İqtisadi Elmlər üzrə mükafatın qalibi oktyabrın 12-də elan ediləcək. Bu mükafat İsveç Mərkəzi Bankı tərəfindən Alfred Nobelin xatirəsinə təsis olunub.
Nobel mükafatları üzrə elanlar rəsmi rəqəmsal kanallar vasitəsilə canlı yayımlanacaq.
Laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.