Paşinyan Parisdə Makronla görüşdü – bir sıra məsələlər müzakirə edildi

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın Prezidenti Emmanuel Makronla görüş keçirib.
Paris şəhərində, Yelisey Sarayında baş tutan görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional gündəmlə bağlı məsələlər müzakirə olunub.
Danışıqlarda iqtisadi əməkdaşlığın Ermənistan-Fransa strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu qeyd edilib.
Nikol Paşinyan kosmik sektor üzrə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb və Ermənistanın bu sahədə Fransa ilə daha geniş tərəfdaşlığa maraq göstərdiyini bildirib.
Tərəflər Bərgüşat tunelinin tikintisi ilə bağlı da fikir mübadiləsi aparıblar. Tunelin tikintisinin əsas mərhələyə keçdiyi bildirilib və işlərin mümkün qədər qısa müddətdə başlanmasının əhəmiyyəti vurğulanıb.
Bərgüşat tuneli Ermənistanın Şimal-Cənub avtomobil yolu layihəsinin mühüm hissələrindən biridir.
Görüşdə regionda cərəyan edən proseslər də müzakirə mövzusu olub.
Qeyd edək ki, Paşinyan Fransanın paytaxtında keçirilən ilk Beynəlxalq Kosmik Sammitdə iştirak edir. Sentyabrın 9-10-da təşkil olunan sammitdə kosmik sektorun qarşısında duran çağırışlar müzakirə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.