AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev: Qarabağda həyatın bərpasının yeni mərhələsinin şahidi oluruq

  • + A
  • - A
  • Bu gün, 11:04

    Hikmət Hacıyev: Qarabağda həyatın bərpasının yeni mərhələsinin şahidi oluruq

    Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri davam edir.

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə Qarabağa səfəri zamanı bölgədə gedən proseslərlə bağlı fikirlərini bölüşüb.

    Hacıyev “X” hesabında yazıb ki, son altı ildə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı transformasiya baş verib.

    “Biz son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurun gözlərimiz önündə möhtəşəm və nümunəvi transformasiyasının şahidi olmuşuq. Bu gün həmin torpaqlar əsl dirçəliş dövrünü yaşayır”, – deyə o bildirib.

    Prezidentin köməkçisi qeyd edib ki, diplomatik korpusun nümayəndələri ilə Qarabağa təşkil olunan səfər 22-ci dəfədir.

    Onun sözlərinə görə, hər səfər bölgədə bərpa-quruculuq istiqamətində görülən işlərin nəticələrini və yaşayışın yenidən canlanmasını müşahidə etməyə imkan verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR