AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın diaspor siyasəti: Pakistan, Nigeriya və Türkiyə ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib

  • + A
  • - A
  • Bu gün, 11:46

    Azərbaycanın diaspor siyasəti: Pakistan, Nigeriya və Türkiyə ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfəri zamanı Pakistan, Nigeriya və Türkiyənin müvafiq qurumlarının rəhbərləri ilə bir sıra görüşlər keçirib.

    Komitədən verilən məlumata görə, Fuad Muradov Pakistanın xaricdə yaşayan pakistanlılar və insan resurslarının inkişafı naziri Çaudri Salik Hüseyn, Nigeriya Diaspor Komissiyasının sədri Abike Dabiri-Erewa və TİKA-nın sədri Abdullah Erenlə görüşüb.

    Görüşlərdə diaspor siyasəti sahəsində təcrübə mübadiləsi, xaricdə yaşayan soydaşlarla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin reallaşdırılması imkanları diqqət mərkəzində olub.

    Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq, beynəlxalq platformalarda ortaq təşəbbüslərin irəli sürülməsi və Azərbaycan-Türkiyə qardaşlığının üçüncü ölkələrdə təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.

    Fuad Muradov beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsinin Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

    Tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirərək, mövcud əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin hazırlanması barədə razılığa gəliblər.

    Görüşlərdə Azərbaycanın və Türkiyənin aidiyyəti qurumlarının nümayəndələri, həmçinin Pakistanın Türkiyədəki səfirliyinin rəsmisi iştirak edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR