Xarici diplomatların Qarabağ səfəri davam edir – Hikmət Hacıyev görüntülər paylaşdı

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfəri ilə bağlı görüntülər yayıb.
O, “X” sosial şəbəkəsindəki paylaşımında ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndələrin bu gün Ağdərə və Kəlbəcərə səfər edəcəyini qeyd edib.
Xatırladaq ki, diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri sentyabrın 11-də başlayıb. Səfərin ilk günündə nümayəndə heyəti Şuşa və Xankəndidə olub.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.