AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəlbəcərin bal festivalından mühüm mesaj: “Ənənələr yeni mərhələyə qədəm qoyur”

  • + A
  • - A
  • Bu gün, 21:50

    Kəlbəcərin bal festivalından mühüm mesaj: “Ənənələr yeni mərhələyə qədəm qoyur”

    Kəlbəcərdə arıçılığın inkişafı və qədim təsərrüfat ənənələrinin bərpası istiqamətində işlər davam etdirilir.

    Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev bunu sentyabrın 12-də keçirilən II Bal Festivalında çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, arıçılıq uzun illər Kəlbəcər əhalisinin məşğulluğunda və təsərrüfat həyatında mühüm rol oynayıb. Hazırda bu ənənələr yeni mərhələdə inkişaf etdirilir.

    Bəşir Hacıyev arıçıların fəaliyyətlərini genişləndirməsini və yerli məhsullarını festivalda nümayiş etdirməsini yüksək qiymətləndirib.

    Xüsusi nümayəndə bildirib ki, Kəlbəcərdə keçirilən bu cür tədbirlər yalnız iqtisadi və kənd təsərrüfatı əhəmiyyəti daşımır. Onun fikrincə, festivallar həm də Kəlbəcər insanının doğma yurda bağlılığını, zəhmətini və Vətən sevgisini nümayiş etdirir.

    Bəşir Hacıyev qeyd edib ki, insanların tədbirdəki fəallığı doğma torpağa qayıdışın və Kəlbəcərdə yeni həyatın qurulmasının göstəricisidir.

    O, Bal Festivalının gələcəkdə də ənənəvi şəkildə təşkil olunacağına, miqyasının genişlənəcəyinə və Kəlbəcərin kənd təsərrüfatı, turizm və iqtisadi imkanlarının tanıdılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR