Zakir Həsənov Pekin Syanşan Forumunda iştirak edir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfər edib.
AZƏRTAC bildirir ki, səfər çərçivəsində Azərbaycan müdafiə naziri Çinli həmkarı, admiral Don Cun ilə görüş keçirib.
Görüş zamanı iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.