AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev BƏƏ rəsmisinə təşəkkürünü çatdırıb

  • + A
  • - A
  • Bu gün, 10:27

    Hikmət Hacıyev BƏƏ rəsmisinə təşəkkürünü çatdırıb

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərində keçirilən Ərəb Media Forumu ilə bağlı paylaşım edib.

    Hacıyev BƏƏ Milli Media Ofisinin sədri Abdullah Əlhamədə forumda iştiraka dəvət etdiyinə görə təşəkkür edib.

    “Hörmətli Dr. Abdullah Əlhaməd, Ərəb Media Forumuna dəvətinizə görə təşəkkür edir və bu mühüm tədbiri yüksək səviyyədə təşkil etdiyiniz üçün sizi təbrik edirəm”, - deyə o bildirib.

    Hikmət Hacıyev Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın, xüsusilə media və kommunikasiya sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələri yüksək qiymətləndirdiyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR