AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-də keçiriləcək.

  • + A
  • - A
  • Bu gün, 16:43

    Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-də keçiriləcək.

    Məhkəmənin ilk iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

    Cinayət işi çərçivəsində DTX-də şahid qismində dindirilən şəxslərin bir qismi məlum olub. Onların arasında Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, gəlini Nigar Mehdiyeva, “Bank BTB”nin Müşahidə Şurasının sədri Sadiq Rza İsmayıl, “Şərq-Qərb” Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və Məmməd İbrahim var.

    Adları çəkilən şəxslərin məhkəmə baxışı zamanı şahid qismində ifadə verməsi gözlənilir.

    Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları üzrə təqsirləndirilir.

    O, uzun illər Prezident Administrasiyasının rəhbəri, daha sonra isə AMEA prezidenti vəzifəsində çalışıb.

    İttihamlar üzrə bəzi maddələrin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan qanunvericiliyinə görə isə cinayət törədərkən 65 yaşdan yuxarı şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR