AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Suveren Azərbaycan – Qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş keçirilib

  • + A
  • - A
  • Bu gün, 19:24

    “Suveren Azərbaycan – Qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş keçirilib


    YAP Yasamal rayon təşkilatı, Bakı Dövlət Universiteti və BDU-da fəaliyyət göstərən “YENİ Klub”un birgə təşkilatçılığı ilə “Suveren Azərbaycan-Qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüşdük.

    Görüşdə çıxış edərək bildirdim ki, Azərbaycan anlayışı xalqımızın milli iradəsini, dövlətçilik qürurunu və tarixi Zəfərini özündə birləşdirən böyük məna daşıyır. Bu gün ölkəmizin bütün ərazisində Azərbaycan bayrağının dalğalanması xalqımızın uzun illər davam edən mübarizəsinin tarixi nəticəsidir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək tarixi Zəfər qazandı. Bu Qələbə Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin gücünün bütün dünyaya nümayişi oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bu hadisə Azərbaycan dövlətinin öz ərazisində tam hüquqi və siyasi hakimiyyətinin təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın bu tarixi Zəfərini hər il böyük qürur hissi ilə qeyd etməsinə imkan verir. Bu əlamətdar tarix şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin fədakarlığına və Azərbaycan Ordusunun qəhrəmanlığına ehtiramın ifadəsidir. Bu gün Zəfərimizin davamı olaraq Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi geniş vüsət alır. Dövlətin həyata keçirdiyi nəhəng quruculuq layihələri ilə yanaşı, Heydər Əliyev Fondunun fəaliyyəti də azad edilmiş ərazilərin dirçəldilməsində xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident və Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarixi və dini abidələrin bərpasına göstərilən diqqət Qarabağın mənəvi və mədəni irsinin yenidən canlandırılmasına xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR