AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev: Qafqaz Albaniyasının irsi Qarabağda və digər bölgələrdə öz izlərini saxlayır

  • + A
  • - A
  • Bu gün, 21:23

    Hikmət Hacıyev: Qafqaz Albaniyasının irsi Qarabağda və digər bölgələrdə öz izlərini saxlayır

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qafqaz Albaniyasının xristian irsi ilə bağlı açıqlama verib.

    O, Ərəb Media Forumunda çıxışı barədə “X” hesabında paylaşım edərək bildirib ki, Qarabağda və Azərbaycanın digər bölgələrində bu qədim irsin mühüm izləri mövcuddur.

    Hikmət Hacıyev çıxışı zamanı Azərbaycanın multikulturalizm və dini birgəyaşayış ənənələrindən, eləcə də mədəni və dini irsin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışdığını bildirib.

    Prezidentin köməkçisi, həmçinin işğal dövründə Azərbaycanın dini-mədəni irsinə qarşı törədilən dağıntılar və dəyişikliklər barədə məlumat verdiyini qeyd edib.

    Onun sözlərinə görə, tarixi həqiqətlərin qorunması və mədəni irsin gələcək nəsillərə çatdırılması vacibdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR